Sabunçu rayonu Ramana bələdiyyəsinin təşəbbüsü, Sabunçu rayon icra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 22 aprel beynəlxalq “Yer kürəsi günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.
Ramana bələdiyyəsinin sədri intizar Rzayeva, Ramana bələdiyyəsi və Rayon Kommunal Təsərrüfatı idarəsinin əməkdaşları, Ramana qəsəbəsində fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin şagird və müəllim heyətinin iştirakı ilə təşkil olunan ağacəkmə aksiyasında Ramana qəsəbəsində yerləşən Ramana qalası ətrafı Baba Babazadə küçəsində sərv, şam və çinar ağacları olmaqla 100 ədəd ağac əkilmiş və ətraf ərazilər tullantılardan təmizlənmişdir.
Qeyd edək ki, "Yer Kürəsi Günü" ilk dəfə 1970-ci ildə qeyd olunub. ilk dəfə olaraq 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz fikirlərini ifadə edib. 2009-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur.
Belediyye.info
|
|
|
|